“Neft-kimya sənayesində fərdi sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda dissertasiya işi müdafiə olunub
- Oxunub 485 dəfə
İyunun 23-də İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda Xankişiyev Fərid Xanbaba oğlunun (5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə) “Neft-kimya sənayesində fərdi sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. T.Əliyev).
Dissertasiya işi Odlar Yurdu Universitetində yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra F.Xankişiyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda F.Xankişiyevin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).