Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” kitabı çap olunub

  • Oxunub 261 dəfə

 “Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiya nəşr edilib. (Bakı, 2023. “Kooperasiya” nəşriyyatı, 320 səh.). Monoqrafiya Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Kitabın müəllifi Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir.

 Monoqrafiyada Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu araşdırılmışdır. Davamlı inkişaf kontekstində iqtisadi rayonların sosial-iqtisadi aspektləri işlənilmişdir. Davamlı inkişafın təşkilində iqtisadi rayonların rolunun artırılması üz-rə beynəlxalq təcrübə ümumiləşdirilmiş, ayrı-ayrı dünya ölkələrinin bu istiqamətdə fəaliyyət strategiyaları və prioritetləri öyrənilmişdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaranması və sosial-iqtisadi inkişaf prosesləri təhlil olunmuşdur. Qarabağ iqtisadi rayonunun Azərbaycanın davamlı inkişaf proseslərində strateji rolu qiymətləndirilmişdir. Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın davamlı inkişafında çoxfunksiyalı xüsusiyyətləri verilmişdir.

Yeni çağırışlar şəraitində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolunun artırılması istiqamətləri müəyyənləşdirilmişdir. Ulu öndər Heydər Əliyevin Sovetlər Birliyi dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə və keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyimizin bərpasında, gücləndirilməsində, müstəqil dövlətçilik atributlarının formalaşdırılmasında və inkişaf etdirilməsində tarixi xidmətlərinə dair materiallar verilmişdir.

Monoqrafiya elmi işçilər, tədqiqatçılar və mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Monoqrafiyada verilmiş materiallardan işğaldan azad olunmuş ərazilərdə yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkiafında rolunun artırılması üzrə daha səmərəli mexanizmlərin, fəaliyyət proqramlarının və strategiyalarının hazırlanmasında istifadə edilə bilər. 

Kitabın elektron variantını aşağıdakı linkdən yükləmək olar

“Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu”