Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi anılıb

  • Oxunub 538 dəfə

 27 Sentyabr - Anım Günü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər. Respublikamızın ərazi bütövlüyü uğrunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi anılıb.

 Şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımız düşmən işğalından tam azad olundu, biz böyük Zəfər qazandıq. Gələcək nəsillərə də həmişə örnək olacaq, tariximizə yeni bir qəhrəmanlıq səhifəsi yazan bu Zəfərlə qürur duyuruq. Xalqımız şəhidlərimizin, qəhrəman övladlarımızın xatirəsini həmişə uca tutacaq, onlar qəlblərdə əbədi yaşayacaqdır.