Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib
- Oxunub 425 dəfə
Qondarma "Artsax" Respublikasının "prezidenti" Samvel Şahramanyan yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında fərman imzalayıb. Bildirilir ki, Azərbaycan dövlətinin 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror tədbirlərindən sonra qondarma rejim mövcudluğunu dayandırmaq qərarına gəlib:
1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və "Dağlıq Qarabağ" ("Artsax") Respublikası öz fəaliyyətini dayandırsın.
2. "Dağlıq Qarabağ"ın əhalisi, o cümlədən "respublika"dan kənarda yerləşənlər bu Fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
Qarabağ bölgəsindəki qondarma qurumun özünü buraxması Azərbaycan dövlətinin və millətinin tarixi qələbəsidir.