AAK-da İqtisadiyyat İnstitutunun əməkdaşına “Fəlsəfə doktoru” diplomu təqdim olunub
- Oxunub 674 dəfə
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə İqtisadiyyat İnstitutunun Demoqrafiya və məşğulluq problemləri şöbəsinin elmi işçisi İntizar Qurbanovaya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Oktyabrın 20-də Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə İ.Qurbanovaya müvafiq diplom təqdim olunmuşdur.
Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından onu ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!