İqtisadiyyat İnstitutunun əməkdaşı Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı tədbirdə iştirak edib
- Oxunub 627 dəfə
Oktyabrın 24-də Bakıda (Four Seasons Hotel) "2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının (AAQ) rolu” mövzusunda III Dayanıqlı İnkişaf Məqsədləri dialoqu keçirilib.
Tədbirə Hesablama Palatasının rəhbərliyi və əməkdaşları ilə yanaşı, hökumət nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatlarının təmsilçiləri, DİM-lərin icrasına nəzarət istiqamətində təcrübəyə malik bəzi AAQ-ların, o cümlədən INTOSAI-a (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) rəhbərlik edən Braziliyanın, eləcə də Türkiyə, Qırğızıstan, Polşa, Rusiya, Belarus və Küveyt AAQ-larının rəhbər və nümayəndələri, həmçinin digər maraqlı tərəfləri təmsil edən 150-dən çox iştirakçı qatılıb.
Tədbirdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Monetar və fiskal tənzimləmə problemləri”nin şöbəsinin müdiri, i.e.d. Yaşar Məmmədov da iştirak etmişdir. Toplantıda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə, o cümlədən bu sahədə ayrılan vəsaitlərin məqsədyönlü və səmərəli istifadəsinə nəzarətdə, həmçinin şəffaflıq və hesabatlılığının təmin edilməsində Ali Audit Qurumlarının artan əhəmiyyəti ilə bağlı məsələlər üzrə çıxışlar dinlənilmiş və müzakirələr aparılmışdır.