Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili ilə bağlı tədbir keçirilib

  • Oxunub 663 dəfə

 Oktyabrın 25-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda fövqəladə hallar üzrə rəhbər heyətin “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda toplantısı keçirilib.  

 Tədbiri giriş sözü ilə açan İnstitutun Fövqəladə Halları Komissiyasının sədri, professor Müşfiq Atakişiyev mülki müdafiyənin əhəmiyyəti, ehtimal olunan fövqəladə hadisələr, fövqəladə halların qarşısının alınması sahəsində komissiya üzvlərinin üzərinə düşən vəzifələr, bu istiqamətində biliklərin daim təkmilləşdirilməsinin vacibliyi, Fövqəladə Hallar Nazirliyinin bu sahədəki fəaliyyəti barədə danışıb.

İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Şövqi Xəlilov baş verə biləcək fövqəladə hadisələr və mülki müdafiə tədbirləri, mülki müdafiə qüvvələrinin funksional vəzifələri barədə maarifləndirici xarakterli çıxış edib. Ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sisteminin rolu və əhəmiyyətini qeyd edib.  

Toplantıda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş maarifləndirici xarakterli video-rolik nümayiş etdirildi (economics.com.az)