Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ZƏFƏR BAYRAMINA həsr olunmuş elmi-tədqiqat işlərinin müsabiqəsi keçiriləcək

  • Oxunub 652 dəfə

 Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) İnstitutda yerinə yetirilən plan elmi-tədqiqat işlərinin ZƏFƏR BAYRAMINA həsr olunmuş müsabiqəsi haqqında əmr imzalayıb və müvafiq qaydalar təsdiq edilib.

 24 oktyabr 2023-cü il tarixli 180 saylı “Plan elmi-tədqiqat işlərinin ZƏFƏR BAYRAMINA həsr olunmuş müsabiqəsi haqqında” Əmrə dəyişiklik edilməsi haqqında

 İqtisadiyyat İnstitutunun əməkdaşları arasında Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Vətən Müharibəsində qazandığı şanlı Qələbənin təbliği, habelə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və bunun üçün əməkdaşların əlavə stimullaşdırılması məqsədi ilə, habelə İcraçı direktor Müşviq Atakişiyevin vəzifəsindən kənarlaşdırıldığını nəzərə alaraq,

 ƏMR EDİRƏM:

1. 2023-cü ilin noyabr ayında, İnstitutda yerinə yetirilən plan elmi-tədqiqat işlərinin müsabiqəsi keçirilsin.

2. Müsabiqənin bu Əmrə əlavə edilən Qaydaları təsdiq edilsin.

3. Müsabiqənin keçirilməsi üçün aşağıdakı tərkibdə Müsabiqə Komissiyası yaradılsın:

 Allahverdiyeva Leyli Əli qızı (Elmi katib) – Sədr

Rüstəmov Famil Vəli oğlu (aparıcı elmi işçi) – üzv
Xankişiyeva Ellada Məhəmməd qızı – üzv

4. Müsabiqə Komissiyası İnstitutun əməkdaşı olmayan mütəxəssislər arasından qiymətləndirici ekspertlər seçib rəsmiləşdirsin.

5. 01 dekabr 2023-cü il tarixinədək Şöbə müdirləri ümumi hesabatları və əməkdaşların yerinə yetirdiyi fərdi plan elmi-tədqiqat işlərini Müsabiqə Komissiyasına təqdim etsinlər.

 6. Müsabiqənin qalibi olan şöbə və əməkdaşlara – tutduqları yerlərə müvafiq olaraq – Fəxri diplomlar təqdim olunsun. Müsabiqə Komissiyasi Fəxri diplomların layihəsini hazırlasın və 01 dekabr 2023-cü il tarixinədək İnstitutun Baş direktorunun təsdiqinə verilsin.

7. "Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası"nın 3.5-ci bəndinə (İnstitut rəhbərliyi büdcə ili ərzində baza maliyyələşdirilməsi məbləğindən qənaət olunmuş vəsaitin İnstitutun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlər üçün sərf olunmasında sərbəstdir) və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinin 6-cı bəndinə əsaslanaraq, Müsabiqənin qaliblərinə İnstitutun qənaət olunmuş vəsaiti hesabına aşağıdakı məbləğlərdə pul mükafatları verilsin:

  - Şöbə hesabatları üzrə:

  ən qabaqcıl iki şöbəyə – hər birinə 3000 manat;

 - Fərdi hesabatlar üzrə

1-ci yer (bir mükafat) – 1500 manat

2-ci yer (iki mükafat) – 1000 manat

3-cü yer (üç mükafat) – 750 manat

 8. Müsabiqə bitdikdən sonra Müsabiqə Qaydalarının 2.2-ci bəndinə müvafiq olaraq, qiymətləndirici ekspertlərin hər birinə müqavilə əsasında 750,00 manat həcmində qonorar ödənilsin.

9. Mühasibat mükafatlandırma ilə bağlı maliyyə məsələlərini həll etsin.

10. 24 oktyabr 2023-cü il tarixli 180 saylı “Plan elmi-tədqiqat işlərinin ZƏFƏR BAYRAMINA həsr olunmuş müsabiqəsi haqqında” Əmr 23 noyabr 2023-cü il tarixindən qüvvədən düşsün.

11. Bu Əmr və Müsabiqə Qaydaları İnstitutun İnternet saytında və elanlar lövhəsində yerləşdirilsin.

 İqtisadiyyat İnstitutu şöbə və əməkdaşlarının plan elmi-tədqiqat işləri arasında Zəfər Bayramına həsr olunmuş müsabiqənin keçirilmə qaydaları (yüklə)