Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ADNSU-da İqtisadiyyat İnstitutu ilə birgə təşkil olunmuş elmi konfrans başa çatıb

  • Oxunub 557 dəfə

  Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda Respublika Elmi Konfransı başa çatıb.

 Konfransın bağlanış mərasimində çıxış edən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova konfransın elmi əhəmiyyətinə toxunub və konfransda iştirak etməkdən məmnun qaldığını deyib. ADNSU-da belə bir konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirən professor L.Qardaşova konfransın davamlı olacağını, daha geniş məsələləri əhatə edəcəyini bildirib.

Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib.

 Konfransda fərqlənən iştirakçılar, o cümlədən ETN İqtisadiyyat İnstitutunun əməkdaşları sertifikatlarla (Aygün Təhməzli, Gülnarə Fətəliyeva, Vəfa Həşimova, Səbinə Əsədova) təltif ediliblər. Konfransın məsul katibi, dosent Mahir Zeynalova ADNSU rektorunun adından “Təşəkkürnamə” təqdim olunub.  

Qeyd edək ki, konfrans noyabrın 23-də öz işinə başlayıb. Ümumilikdə konfransa 100-dən artıq məqalə təqdim olunub və yaxın vaxtlarda konfrans materiallarının çap olunması nəzərdə tutulur.