Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiya Şurasında dissertasiya işi müdafiə olunub

  • Oxunub 406 dəfə

 Dekabrın 1-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib.  Professo Rəna Sultanovanın sədrlik etdiyi iclasda iddiaçı Məmmədli Yeganə Zakir qızının (5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə) “Aqrar sahənin modernləşdirilməsinin istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə təsirinin qiymətləndirilməsi” mövzusunda iqtisad üzrə fəlsəfə doktoruelmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər professor V.Əyyubov).

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra Y.Məmmədli dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, geniş müzakirələr aparılıb.

 Sonda Y.Məmmədlinin dissertasiya işi gizli səsverməyə çıxarılıb və nətəcələrə əsasən Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).