Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda doktorluq imtahanları keçirilib

  • Oxunub 768 dəfə

Dekabrın 11-12-də İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib.

 İqtisad elmləri doktoru, professor Fuad Qənbərovun sədrlik etdiyi imtahan komissiyası tərəfindən şəffaflıq şəraitində, şifahi formada baş tutan imtahanda “Dünya iqtisadiyyatı” və “İqtisadi nəzəriyyə” ixtisasları üzrə 3 nəfər iştirak edib.

Professor Tərbiz Əliyevin sədrlik etdiyi imtahan komissiyası tərəfindən təşkil olunmuş “Ümumi iqtisadiyyat” “ ixtisası üzrə imtahanda 1 nəfər iştirak edib.

İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Ellada Xankişiyevanın da iştirak etdiyi imtahanların nəticələri komissiyanın qiymətləndirməsi əsasında elan edilib (economics.com.az).