Elmi Şurada üç şöbənin hesabatı dinlənilib
- Oxunub 622 dəfə
Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda daha 3 elmi şöbənin elmi-tadqiqat işləri üzrə illik hesabatları dinlənilib.
Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişaf şöbəsinin müdiri, professor Tərbiz Əliyev, Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri, professor İsa Alıyev, İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, dosent Rəvanə Əsədova təqdimatla çıxış ediblər, il ərzində şöbələrin yerinə yetirdikləri tədqiqat mövzuları, əməkdaşların elmi fəaliyyəti, çap olunmuş əsərlər, konfranslarda iştirak, əsas elmi nəticələr barədə məlumat veriblər. Elmi Şurada hər iki şöbənin hesabatı geniş müzakirə olunub, təklif və tövsiyələr səsləndirilib.
Həftə ərzində Elmi Şurada digər elmi şöbələrin elmi-tadqiqat işləri üzrə illik hesabatlarının dinlənilməsi davam etdiriləcək (economics.com.az).