Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurada elmi şöbələrin hesabatı dinlənilir

  • Oxunub 719 dəfə

 Dekabrın 13-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda daha 2 elmi şöbənin elmi-tadqiqat işləri üzrə illik hesabatları dinlənilib.

 İclasda Xidmət sferasının iqtisadiyyatı şöbəsinin müdiri, dosent Pərviz Həsənov və Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsinin müdiri, professor Fuad Qənbərov təqdimatla çıxış ediblər, il ərzində şöbələrin yerinə yetirdikləri tədqiqat mövzuları, əməkdaşların elmi fəaliyyəti, çap olunmuş əsərlər, konfranslarda iştirak, əsas elmi nəticələr barədə məlumat veriblər. Elmi Şurada hər iki şöbənin hesabatı geniş müzakirə olunub, təklif və tövsiyələr səsləndirilib.

Həftə ərzində Elmi Şurada digər elmi şöbələrin elmi-tadqiqat işləri üzrə illik hesabatlarının dinlənilməsi davam etdiriləcək (economics.com.az).