Elmi Şurada elmi şöbələrin hesabatı yekunlaşıb
- Oxunub 753 dəfə
Dekabrın 15-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda 2 elmi şöbənin elmi-tadqiqat işləri üzrə illik hesabatları dinlənilib.
İclasda Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin müdiri, professor Rəna Sultanova, Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, dosent Azər Səfərov təqdimatla çıxış ediblər, il ərzində şöbələrin yerinə yetirdikləri tədqiqat mövzuları, əməkdaşların elmi fəaliyyəti, çap olunmuş əsərlər, konfranslarda iştirak, əsas elmi nəticələr barədə məlumat veriblər. Elmi Şurada hər iki şöbənin hesabatı geniş müzakirə olunub, təklif və tövsiyələr səsləndirilib.
Bununla da Elmi Şurada bütün elmi şöbələrin elmi-tadqiqat işləri üzrə illik hesabatlarının dinlənilməsi yekunlaşıb (economics.com.az).