AAK-da İqtisadiyyat İnstitutunun elmi katibinə “Elmlər doktoru diplomu” təqdim olunub
- Oxunub 950 dəfə
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İqtisadiyyat İnstitutunun Elmi katibi, dosent Leyli Allahverdiyevaya iqtisad elmləri doktoru elmi dərəcəsi verilib.
Dekabrın 22-də Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə L.Allahverdiyevaya müvafiq diplom təqdim olunmuşdur.
Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından onu ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!