Elmi Şurada 2024-2025-ci illər üçün elmi-tədqiqat mövzuları təsdiq olunub
- Oxunub 890 dəfə
Dekabrın 28-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur. İlin uğurlu yekunları barədə danışan baş direktor İnstitutun əməkdaşlarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib, növbəti ildə elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Elmi Şuranın üzvü, dos. Allahyar Muradov 2024-2025-ci illər üçün elmi-tədqiqat plan işi mövzuları haqqında geniş məlumat verib. Elmi şöbələrin növbəti il üçün tədqiqat mövzuları müzakirə edilərək təsdiq edilib.
Elmi Şuranın qərarı ilə İnstitutun aparıcı elmi işçisi Tanrıverdi Paşanın hazırladığı “Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri beynəlxalq reytinqlərdə” adlı bülleten çapa tövsiyə olunub.
Elmi Şurada daha bir dissertantın dissertasiya mövzusu müzakirə edilərək təsdiq edilib (economics.com.az).