Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı Scopus və WOS-a daxil olan yüksək reytinqli elmi jurnalların rəyçisidir

  • Oxunub 1290 dəfə

 Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Xidmət sferasının iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Kamran Abdullayev Böyük Britaniyada  Scopus və Web of Science  (WOS) elmi bazasına daxil olan, Elsevier nəşriyyatı tərəfindən nəşr edilən dünyada ən yüksək reytinqə  malik (Q1 -birinci kvartilə aid) “Nəqliyyat tədqiqatlarının fənlərarası perspektivləri” (Transportation Research Interdisciplinary Perspectives) jurnalı tərəfindən 2022-2023-cü illəri əhatə edən beynəlxalq səviyyəli rəyçi sertifikatı verilmişdir. K.Abdullayev son iki ildə bu jurnalın rəsmi rəyçisi olmuşdur və fəaliyyətini davam etdirməkdədir.

 K.Abdullayev eyni zamanda ABŞ-da nəşr olunan, Scopus və Web of Science (WOS) bazasına daxil olan beynəlxalq reytinqli “Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları Jurnalı” (Journal of Eastern European and Central Asian Research) tərəfindən də 2023-cü ili əhatə edən beynəlxalq səviyyəli rəyçi sertifikatı ilə təltif olunmuşdur. Beynəlxalq sertifikatda rəyçinin çalışdığı institut və ölkə də nəzərə alınmışdır.  K.Abdullayev hazırda jurnalın rəsmi rəyçisidir.   

 Kamran Abdullayev 2024-cü ildə ABŞ-da nəşr edilən, Scopus  bazasına daxil olan “Biznes və iqtisadiyyat üzrə əməliyyatlar” (WSEAS Transactions on Business and Economics») jurnalı tərəfindən 2024-cü ili əhatə edən beynəlxalq səviyyəli rəyçi sertifikatı almışdır.

 Onu da qeyd edək ki, hər 3 reytinqli jurnal tərəfindən beynəlxalq rəyçilərə sertifikatlar verildikdə onlara il ərzində  təqdim olunan iqtisadi  məqalələri ingilis dilində elmi baxımdan akademik səviyyədə düzgün təhlil etmələri, rəyçinin beynəlxalq elmi fəaliyyəti, o cümlədən ingilis dilində tərtib olunmuş rəylərinin keyfiyyəti və obyektivliyi nəzərə alınır. Hər 3 jurnalın redaksiyası tərəfindən Kamran Abdullayevin 2024-cü ildə jurnalların redaksiya heyətinə qəbul edilməsi tövsiyə edilmişdir.

Bundan başqa dosent K.Abdullayev 15-16 noyabr 2023-cü il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Böyük Britaniyanın “Clarivate Analytics” şirkətinin “Web of Science” elmmetrik bazasının fəaliyyəti ilə bağlı elmi tədbirdə fəal iştirak etmiş və beynəlxalq sertifikat almışdır (economics.com.az).