Şamaxı Rayon İcra Hakimiyyətində İqtisadiyyat İnstitutunun alimləri ilə işgüzar görüş keçirilib
- Oxunub 334 dəfə
Fevralın 20-də Şamaxı Rayon İcra Hakimiyyətində Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı ilə keçirilən işgüzar görüşdə Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizminin hazırlanması ilə bağlı əməkdaşlığın istiqamətləri müzakirə olunub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqlara rayonda həyata keçirilən sosial-iqtisadi tədbirlər, yerli infrastrukturun müasirləşdirilməsi, sahibkarlığın inkişafı və digər yeni layihələr barəsində məlumat verib.
ETN İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli rəhbərlik etdiyi qurumun əsas fəaliyyət iqtiqamətləri, aparılan elmi tədqiqatlar, dövlət qurumlarının sifarişi ilə birgə həyata keçirilən layihələr barədə danışıb.