Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi müəssisələrin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib

  • Oxunub 250 dəfə

 Fevralın 28-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində elmi müəssisələrin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib. Görüşdə Elm və Təhsil Nazirliyinin (ETN), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və ETN-in tabeliyində olan elmi müəssisələrin nümayəndələri, o cümlədən ETN İqtisadiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.f.d., dosent Mahir Zeynalov iştirak edib.

 Görüşdə elmin populyarlaşdırılması, bu sahədə elmi müəssisələrin, alimlərin və media nümayəndələrinin qarşısında duran vəzifələr, elmi müəssisələrin fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində görüləcək işlər müzakirə olunub. Həmçinin keyfiyyətli məzmun yaradılmasının önəmi, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək, institutlar arasında kommunikasiyanın gücləndirilməsi və səmərəli tərəfdaşlıqların qurulması imkanları diqqətə çatdırılıb (economics.com.az).