Elmi Şuranın iclası keçirilib
- Oxunub 310 dəfə
Martın 1-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda bir sıra təşkilati və çari məsələlər müzakirə olunmuşdur.
İnstitutun elmi katibi, i.e.d., dos. Leyli Allahverdiyevanın təqdimatı əsasında elmlər doktorluğu hazırlığı üzrə doktorantın dissertasiya mövzusu müzakirə edilərək təsdiq olunub.
Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva doktorant və dissertantların fərdi iş planları haqqında məlumat verib. İclasda doktorant və dissertantların fərdi iş planları müzakirə edilərək təsdiq edilib.
Elmi Şurada İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Gülnarə Fətəliyevanın hazırladığı “Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni müzakirələrdən sonra çapa tövsiyə olunub (economics.com.az).