Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun İnternet saytı yenilənir

  • Oxunub 241 dəfə

Martın 5-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə ümumi iclas keçirilib.

 İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli İnstitutun 10 il əvvəl yaradılan economics.com.az saytının ötən dövrdə çox uğurla fəaliyyət göstərdiyini, dünyanın yüzdən artıq müxtəlif ölkələrindən 1,1 milyondan artıq izlənmə sayının olduğunu, saytda böyük informasiya bazasının yaradıldığını qeyd edib, bu işlərlə birbaşa məşğul olan İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, bunlarla yanaşı, dövrün tələblərinə uyğun olaraq saytın yenilənməsinə ehtiyac yaranmışdı. Ona görə də, saytın dizaynı yenilənib, həm də adı dəyişib - economics.org.az olub.

 Sonra yeni saytın qurucusu Sərxan Talıbzadə economics.org.az saytını təqdim edib. Bildirib ki, İqtisadiyyat İnstitutunun yeni saytı bu sahədəki ən son müasir çağırışlara və tendensiyalara uyğun olaraq yenidən qurulub, texniki imkanları genişləndirilib, təqdimat imkanları zənginləşdirilməklə yanaşı istifadəsi daha əlçatan, sadə və rahat bir üslubda qurulub. S.Turabov yenilənmiş saytın hər bir xüsusiyyəti, bölmələri, istifadə imkanları barədə İnstitutun əməkdaşlarına geniş məlumat verib. Gələn həftədən etibarən yeni saytın tam istifadəyə verilməsi nəzərdə tutulur. Həm economics.org.az, həm də economics.com.az vasitəsilə İqtisadiyyat İnstitutunun İnternet saytına giriş mümkün olacaq (economics.org.az).