Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

8 Mart - Beynəlxalq Qadınlar Günü bayramınız mübarək!

  • Oxunub 156 dəfə

 8 Mart Beynəlxalq Qadınlar Günü xüsusi özəlliyi və gözəlliyi ilə seçilir. Çünki çox sevdiyimiz, sayğı duyduğumuz, həyatımızı gözəlləşdirən xanımların bayram günüdür.

 Onlardan olduğumuz və həyatımızın doğumdan ölümə hər anında varlıqlarıyla qürurlandığımız, ehtiyacımız olduğunda dəstəklərini əsirgəməyən, öyrədən, yetişdirən, bizi biz etmə yolunda ürəklərindəki şəfqəti qarşılıqsız verən, Qarabağı azad edən igid əsgərləri, qəhrəmanları yetişdirən fədakar qadınlarımızdır.

 Qadınlarımız başımızın tacıdır.

 Əziz və hörmətli qadın əməkdaşlarımız!

 Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirik, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

 Qəlbinizdən məhəbbət, üzünüzdən təbəssüm, gözlərinizdən sevinc əskik olmasın!

Bayramınız mübarək!

ETN İqtisadiyyat İnstitutunun kişi kollektivi.