“Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli”
- Oxunub 1413 dəfə
Heydər Əliyev Mərkəzində bu mövzuda keçirilən seminarda AMEA İqtisadiyyat İnstitutunun alimləri də iştirak ediblər
Fevralın 22-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli bildirib ki, bu seminar öz aktuallığı ilə cəmiyyətdə geniş vüsət alan, geniş təbliğ edilən və dövlət siyasətinin prioritet istiqamətlərinin biri kimi müəyyən edilən aktual və əhəmiyyətli bir mövzuya həsr edilib.
İctimaiyyət nümayəndələri, tələbələrin iştirakı ilə keçirilən elmi-praktik seminarda çıxış edən Azərbaycan Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdi, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.
K.Abdullayev bildirib ki, “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq” - deyən ümummilli lider bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi: "Əslində, Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi oldu. Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Çıxışdan sonra K.Abdullayev seminar iştirakçılarının Azərbaycanda multikulturalizm ənənələri, tarixi və gələcək inkişafı istiqamətində müxtəlif suallarını cavablandırıb" (www.heydaraliyevcenter.az).
Seminarda AMEA İqtisadiyyat İnstitutunun alimləri - iqisad elmləri doktoru Gülşən Yüzbaşıyeva, i.f.d.Yaşar Məmmədov, i.f.d. Seyfəddin Səməndərov, elmi işçilər Samirə Cəfərova və Rəsmiyyə Şirinova da iştirak ediblər.