İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb
- Oxunub 987 dəfə
İsveç Kral Elmlər Akademiyası Alfred Nobel adına İqtisad elmləri üzrə Svericez Riksbank Mükafatının 2016-cı il üzrə iki qalibini müəyyən edib.
Belə ki, ABŞ-ın Hardvard Universitetinin iqtisadiyyat üzrə professoru Oliver Hart (Böyük Britaniya) və Massaçusets Universitetinin iqtisadiyyat üzrə professoru Benqt Holmstrom (Finlandiya) müqavilə nəzəriyyəsi sahəsində xidmətlərinə görə bu mukafata layiq görülüblər. Fizika, kimya, tibb, ədəbiyyat, eləcə də sülh üzrə Nobel mükafatlarından fərqli olaraq, bu mükafat Alfred Nobel tərəfindən deyil, məhz İsveç Bankı tərəfindən 1969-cu ildə yaradılıb. Qeyd edək ki, bu il mükafat 8 milyon isveç kronu (təxminən $1 mln.) təşkil edir (economics.com.az).