Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Çin alimləri Azərbaycan iqtisadçılarının tədqiqatları ilə maraqlanır

  • Oxunub 1392 dəfə

 28.11.2016.

Professor Nazim Müzəffərli Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda mühazirə oxuyub

 Dövlətin iqtisadiyyata müdaxilə səviyyəsinin qiymətləndirilməsi və dəyərləndirilməsi sahəsində AMEA İqtisadiyyat İnstitutunda son illər aparılan müqayisəli araşdırmalar beynəlxalq ekspert icmasının diqqətini cəlb etməkdədir. Son tədqiqat 62 ölkə üzrə aparılmışdır.

 Noyabrın 28-də İnstitutun direktoru, professor Nazim Müzəffərli (İmanov) Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda “İS(S)İ – 2015: Dövlətin iqtisadiyyata müdaxiləsi – ölçülmə metodologiyası və alınmış nəticələr” mövzusunda mühazirə oxumuşdur. ÇİEA İqtisadiyyat İnstitutunun direktoru, professor Pey Çanqhonqun dəvəti əsasında gerçəkləşmiş seminarda İnstitutun aparıcı professorları iştirak etmişlər.

 Azərbaycan iqtisadçılarının əldə etdiyi nəticələr böyük maraqla qarşılanmışdır. 2017-ci ildə bir neçə Çinli mütəxəssisin Bakıya səfər edərək, AMEA İqtisadiyyat İnstitutunun tədqiqatları ilə daha yaxından tanış olması planlaşdırılır (economics.com.az)