"SABAH" qrupunun tələbələri AMEA İqtisadiyyat İnstitutunda təcrübə keçəcək
- Oxunub 1470 dəfə
29.11.2016
AMEA prezidentinin sərəncamı ilə təcrübəkeçmə planı təsdiq edilmişdir
Azərbaycan Milli Elmlər Akademiyası ilə Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, ali təhsil müəssisələrində yaradılmış "SABAH" qruplarında təhsil alan 210 tələbə AMEA-nın elmi müəssisələrində təcrübə keçəcək. AMEA-nın müəyyən etdiyi təcrübəkeçmə planına uyğun olaraq, "SABAH" qruplarında təhsil alan tələbələr sırasından seçilmiş 210 nəfərin siyahısı Təhsil Nazirliyi tərəfindən AMEA-ya təqdim edilmişdir.
AMEA prezidentinin 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə "SABAH" qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübəkeçmə planı təsdiq edilmişdir. Plana əsasən, tələbələr müvafiq ixtisaslar üzrə 1 dekabr 2016-cı ildən 31 may 2017-ci il tarixinədək AMEA-nın 21 elmi müəssisəsində, Elm və Təhsil İdarəsində, həmçinin AMEA İqtisadiyyat İnstitutunda təcrübə keçəcəklər (economics.com.az).