Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Neft maşınqayırmasının ixracat imkanlarının tədqiqi”

  • Oxunub 1101 dəfə

30.11.2016
 İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında bu mövzuda dissertasiya işi müdafiə edildi

 Noyabrın 30-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında bir dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclasda Əliyev Cavid Mirzə-Yusif oğlunun 53.12.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Neft maşınqayırmasının ixracat imkanlarının tədqiqi” mövzusunda (elmi rəhbər i.e.d., prof. M.Atakişiyev) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Cavid Əliyev dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.

 Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., professor Rəna Sultanova və i.f.d. Nəriman Böyükkişi mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Texniki Universitetidir. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı C.Əliyev opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.

 İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda C.Əliyevin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).