AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə seçkilər keçiriləcək
- Oxunub 1145 dəfə
16.12.2016
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli qərarı ilə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə seçkilər keçiriləcək.
Seçki “AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında əsasnamə”yə və “AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na uyğun təşkil ediləcək.
AMEA-nın İctimai Elmlər Bölməsinə, AMEA-nın müxbir üzvü Nərgiz Axundovaya tapşırılıb ki, direktor seçkiləri ilə əlaqədar təşkilati işlərin müəyyən olunmuş qaydada həyata keçirilməsi təmin edilsin. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib (economics.com.az).