Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertanturaya qəbul üzrə müsabiqə keçirilib

  • Oxunub 1280 dəfə

 Yanvarın 19-da AMEA İqtisadiyyat İnstitutunda 2016/2017-ci tədris ili üçün elmlər doktoru proqramı və fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı müsabiqə keçirilib. 

 İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi müsabiqə komissiyasına İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov, elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva, i.e.d., professor Tərbiz Əliyev, i.e.d. Fuad Qənbərov daxildirlər.

 Şəffaflıq və açıq müsabiqə yolu ilə keçirilən qəbul prosesində fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 8 nəfər qəbul olunub. İddiaçıların hər biri tədqiqat aparmaq istədikləri dissertasiya mövzusu üzrə komissiya tərəfindən dinlənilib. Müsabiqə bütün namizədlərin iştirakı ilə aparılıb, onlar özləri də bütün prosesi izləyiblər və nəticələr dərhal açıqlanıb. Elmlər doktoru proqramı üzrə də həmin qaydada müsabiqə təşkil olunub və dissertanturaya ayrılmış 3 plan yeri üzrə müsabiqədə iştirak etmiş 10 namizəddən 3-ü qəbul edilib (economics.com.az).