İqtisadiyyat üzrə AMEA-nın müxbir üzvü seçiləcək
- Oxunub 1145 dəfə
AMEA Rəyasət Heyətinin qərarı ilə əlavə vakant yer ayrılıb
AMEA Rəyasət Heyətinin 14 dekabr 2016-cı il tarixli qərarına əsasən AMEA üzvlüyünə əlavə vakant yerlərə də seçkilər keçiriləcək. Həmin qərara görə, AMEA-nın İctimai Elmlər Bölməsi üzrə iqtisadiyyat ixtisası üzrə 1 müxbir üzvün seçilməsi nəzərdə tutulur. Hazırda yaradılmış müvafiq komissiya tərəfindən AMEA üzvlüyünə irəli sürülən namizədlərin sənədlərinin müəyyən olunmuş qaydada qəbulu aparılır və bu proses fevralın 3-nə kimi davam edəcək (economics.com.az).