İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə seçkilərdə professor Nazim Müzəffərlinin namizədliyi irəli sürülüb
- Oxunub 1322 dəfə
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclasında bununla bağlı qərar qəbul olunub
Yanvarın 24-də AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib. Bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova iştirakçıları iclasın gündəliyi ilə tanış edib, toplantıda bölməyə daxil olan müəssisələrin elmi-təşkilati məsələlərinə baxılıb. Bölmənin akademik-katibi N.Axundovanın təklifi ilə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə seçkilərə namizəd irəli sürülməsi məsələsi də gündəliyə salınıb. Büro üzvlərinin yekdil qərarı ilə həmin vəzifəyə professor Nazim Müzəffərlinin (İmanov) namizədliyi irəli sürülüb.
İclasda AMEA İqtisadiyyat İnstitutunda “İctimaiyyətlə əlaqələr” və “Beynəlxalq əlaqələr” şöbələrinin yaradılması, İnstitutun strukturunda və Elmi Şuranın tərkibində də qismən dəyişiklik edilməsi haqqında İnstitutun Elmi Şurasının qərarları təsdiqlənib. Qeyd edək ki, institutun strukturunda “İctimaiyyətlə əlaqələr” və “Beynəlxalq əlaqələr” şöbələri ictimai əsaslarla yaradılır. İclasda müzakirə olunan elmi-təşkilati məsələlərlə bağlı yekun qərarların verilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim ediləcək (economics.com.az).