Görkəmli iqtisadçı alim Aqil Əliyevin 90 illik yubileyi münasibətilə elmi sessiya keçiriləcək
- Oxunub 1196 dəfə
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə təşkilat komitəsi yaradılıb
Görkəmli iqtisadçı alim, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə AMEA İqtisadiyyat İnstitutunda elmi sessiya keçiriləcək. Bununla bağlı yanvarın 31-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şuranın iclasında elmi sessiyaya hazırlıq üzrə professor Rəna Sultanovanın rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb.
Elmi sessiya Azərbaycan Prezidentinin 8 dekabr 2016-cı il tarixli “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” və AMEA Rəyasət Heyətinin müvafiq qərarları əsasında təşkil olunacaq (economics.com.az).