Professor Nazim Müzəffərlinin AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürüldü
- Oxunub 1148 dəfə
Bununla bağlı İqtisadiyyat İnstitutunun Elmi Şurası qərar qəbul edib
AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) AMEA-nın müxbir üzvlüyünə seçkilərdə namizədliyi irəli sürülüb. Bununla bağlı İqtisadiyyat İnstitutunun Elmi Şurasının yanvarın 31-də keçirilən iclasında gizli səsvermənin nəticələri əsasında qərar qəbul olunub. Elmi Şuranın üzvləri yekdilliklə prof. Nazim Müzəffərlinin namizədliyini dəsdəkləyiblər.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin 14 dekabr 2016-cı il tarixli qərarına əsasən AMEA üzvlüyünə əlavə vakant yerlərə də seçkilər keçiriləcək. Həmin qərara görə, AMEA-nın İctimai Elmlər Bölməsi üzrə iqtisadiyyat ixtisası üzrə 1 müxbir üzvün seçilməsi nəzərdə tutulur. Hazırda yaradılmış müvafiq komissiya tərəfindən AMEA üzvlüyünə irəli sürülən namizədlərin sənədlərinin müəyyən olunmuş qaydada qəbulu aparılır və bu proses fevralın 7-nə kimi davam edəcək (economics.com.az).