Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçiriləcək
- Oxunub 1220 dəfə
Bu barədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin fevralın 15-də keçirilən iclasında çıxışı zamanı məlumat verib
Akademik qeyd edib ki, belə bir addımın atılmasında əsas məqsəd ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin elmə cəlb edilməsi, onların elm sahəsində fəal iştirakına şəraitin yaradılması və yaradıcılıq potensiallarının artırılması, eyni zamanda gənc alimlərin elmi fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsi və onların aradan qaldırılmasıdır.
Bütün bunları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA və AR Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 2017-ci ilin oktyabr ayında Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi haqqında qərar qəbul edib (economics.com.az).