Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmin İnkişaf Fondu ilə müqavilə bağlandı

  • Oxunub 1185 dəfə

“Dövlətin iqtisadiyyatı tənzimləməsinin ölçülməsi metodologiyası və iqtisadi inkişaf modellərinin təsnifləşdirilməsi” adlı layihə həyata keçiriləcək

 AMEA İqtisadiyyat İnstitutu daha bir uğurlu layihəyə imza atıb. Martın 13-də Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişf Fondunda İqtisadiyyat İnstitutunun “Dövlətin iqtisadiyyatı tənzimləməsinin ölçülməsi metodologiyası və iqtisadi inkişaf modellərinin təsnifləşdirilməsi” adlı layihəsinin maliyyələşdirilməsi ilə bağlı müqavilənin imzalanması mərasimi keçirildı. Müqavələni Elmin İnkişaf Fondu adından Fondun icraçı direktoru Elçin Babayev, AMEA İqtisadiyyat İnstitutu adından prof. Nazim Müzəffərli imzaladılar. Economics.com.az saytı adından layihənin bütün icraçılarını təbrik edir və uğurlar arzulayırıq.

 Xatırladaq ki, ötən il AMEA İqtisadiyyat İnstitutu Elmin İnkişafı Fondu tərəfindən elan edilmiş qrant müsabiqəsində iki qrant layihəsinin qalibi olub. Onlardan birinə “Dövlətin iqtisadiyyatı tənzimləməsinin ölçülməsi metodologiyası və iqtisadi inkişaf modellərinin təsnifləşdirilməsi” layihəsinə 150 min manat, digərinə “Milli valyutanın devalvasiya şəraitində makroiqtisadi sabitliyinin modelləşdirilməsi” layihəsinə 100 min manat ayrılıb. Layihələr AMEA İqtisadiyyat İnstitutunda iki il müddətinə yerinə yetiriləcək (economics.com.az).