Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Əli Nuriyev "İlin alimi" adına layiq görülüb

  • Oxunub 1418 dəfə

 Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə respublikamızın elm sahəsində çalışan bir sıra alimiləri "İlin alimi" adına layiq görülüb.

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvü, AMEA-nın müxbir üzvü, i.e.d., professor Əli Nuriyev iqtisadiyyat sahəsindəki uğurlu elmi-pedaqoji fəaliyyətinə görə "İlin alimi" seçilib. 

 Bu ada layiq görülənlər sırasında AMEA-nın müxbir üzvü Nərgiz Axundova, AMEA Riyaziyyat və Mexanika İnstitutunun professoru Qabil Əliyev, AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini Eldar Novruzov, AMEA Memarlıq və İncəsənət İnstitutunun professoru Rəna Məmmədova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru Nərgiz Quliyeva, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun professoru Esmeralda Həsənova və digər alimlər də var. AMEA İqtisadiyyat İnstitutunun kollektivi adından prof. Əli Nuriyevi təbrik edir və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq (economics.com.az).