Dissertasiya Şurasının iclası keçirilib
- Oxunub 1272 dəfə
Ali Attestasiya Komissiyası tərəfindən İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında 3 ixtisas üzrə dissertaiyaların müdafiəsinə icazə verilib
Aprelin 4-də AMEA İqtisadiyyat İnstitutunda Dissertasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Şuranın sədri, professor Nazim Müzəffərli Dissertasiya Şurasının yeni formalaşmış tərkibi haqda məlumat verib, yeni üzvləri təqdim edib. Ölkənin tanınmış iqtisadçı alimlərinin təmsil olunduğu Dissertasiya Şurasının sədr müavini prof. Tərbiz Əliyev, elmi katibi i.f.d. Səbinə Şıxəliyevadır.
İclasda bir sıra təşkilati məsələlər, dissertasiya işlərinin müdafiəsinin təşkili, dissertasiya işlərinin yazılmasına qoyulan tələblər və s. geniş müzakirə edildi. Habelə iki dissertantın dissertasiya işinin müdafiəyə hazırlanması ilə bağlı müvafiq kurator komissiyaları yaradıldı.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin 03.03.2017-ci il qərarı ilə AMEA İqtisadiyyat İnstitutunun nəzdində iqtisad elmləri doktoru və iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən D.01.181 Dissertasiya Şurasının səlahiyyət müddəti 15 dekabr 2018-ci il tarixinədək müəyyən edilib. AAK tərəfindən İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında 3 ixtisas üzrə dissertaiyaların müdafiəsinə icazə verilmişdir: 5308.01 - Ümumi iqtisadiyyat; 5312.01 – Sahə iqtisadiyyatı və 5307.01 – İqtisadi nəzəriyyə. (economics.com.az).