Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunda yeni şöbələr yaradılıb

  • Oxunub 1332 dəfə

 Məqsəd İnstitutda aparılan elmi-tədqiqatların keyfiyyətini yüksəltmək, beynəlxalq əməkdaşlığı və ictimaiyyətlə əlaqələri genişləndirməkdir

 AMEA İqtisadiyyat İnstitutunda Elmi Şuranın və AMEA Rəyasət Heyətinin müvafiq qərarları ilə yeni şöbələr yaradılıb. Bunlar “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri”, “İqtisadi tədqiqatların riyazi təminatı”, “Təhsil”, "İctimaiyyətlə əlaqələr"“Beynəlxalq əlaqələr” şöbələridir. Məqsəd İnstitutda aparılan elmi-tədqiqatların keyfiyyətini yüksəltmək və müasir tələblərə uyğunlaşdırmaq, beynəlxalq əməkdaşlığı və ictimaiyyətlə əlaqələri genişləndirməkdir.

 İnstitut direktorunun müvafiq əmrləri ilə AMEA-nın müxbir üzvü, prof. Akif Musayev “İqtisadi tədqiqatların riyazi təminatı” şöbəsinin, dos. Mayis Gülalıyev “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin, i.f.d. Arzu Hüseyn “Təhsil” şöbəsinin, i.f.d. Rüfət Efendiyev “Beynəlxalq əlaqələr” şöbəsinin, i.f.d. Mahir Zeynalov isə "İctimaiyyətlə əlaqələr" şöbəsinin müdiri təyin olunublar.

 Economics.com.az saytında yeni şöbələrin “guşələri” yaradılıb. Həmin səhifələrlə buradan tanış olmaq mümkündür.

 Yeni şöbələrimizə, onların rəhbərlərinə və əməkdaşlarına böyük uğurlar arzulayırıq! (economics.com.az).