AMEA İqtisadiyyat İnstitutunun üc əməkdaşına DOSENT elmi adı verilib
- Oxunub 1212 dəfə
AMEA İqtisadiyyat İnstitutunun 3 əməkdaşına Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə DOSENT elmi adı verilib. Bu barədə economics.com.az saytına İnstitutun Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verib.
İnstitutun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, i.f.d. Əbdül-Səməd Həsənov “Ümumi iqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin müdiri, f.f.d. Mayis Gülalıyev "Dünya iqtisadiyyatı" və aparıcı elmi işçi, i.f.d. Kamran Abdullayev “Sahə iqtisadiyyatı” ixtisası üzrə “dosent” elmi adı alıblar.
“Dosent” elmi adı almaları münasibəti ilə həmkarlarımızı ürəkdən təbrik edir, onlara elmi fəaliyyətilərində yeni-yeni uğurlar arzulayırıq! (economics.com.az).