Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir

  • Oxunub 1195 dəfə

 Aprelin 17-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “İpək Yolu Akademiyası”nın və “Bir kəmər - bir yol” (One belt one road) adlı birinci beynəlxalq seminarın açılış mərasimi keçirilib.

 Aprelin 29-dək davam edəcək tədbirin təşkilatçısı Çin İçtimai Elmlər Akademiyasıdır. 30-dək ölkədən nümayəndənin qatıldığı seminarda AMEA İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Famil Rüstəmov da iştirak edir.

 Tədbirin keçirilməsində məqsəd ÇXR ilə Avrasiya ölkələri, xüsusilə Şərqi Avropa, Şimali Afrika və Otra Asiya dövlətləri arasında siyasi, iqtisadi, xüsusilə nəqliyyat, loqistika və digər sahələrdə əlaqələrin inkişafına töhfə verməkdir. 2013-cü ildə irəli sürülən bu ideyanın - “Bir kəmər-bir yol (One belt one road)” adlı böyük bir layihənin reallaşmasına yaxın 20-30 il ərzində Çin hökuməti 1 trillion ABŞ dollarından çox vəsait xərcləmək niyyətindədir.

 Tədbir çərçivəsində ÇXR-dən və digər ölkələrdən olan nümayəndələrin çıxışları dinləniləcək. Habelə seminar iştirakçılarının Çinin Pekin, Şanxay, Tyanzin, Suçjou şəhərlərinin iri sənaye parklarına, azad iqtisadi zonalarına ekskursiyası, digər müxtəlif mədəni tədbirlər nəzərdə tutulur (economics.com.az).