Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Koordinasiya Şurasının iclası keçirilib

  • Oxunub 1514 dəfə

 Dissertasiya işlərinin mövzuları müzakirə edilərək qeydə alınıb

 Aprelin 27-də AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının iclası keçirildi. Şuranın sədri, AMEA-nın müxbir üzvü, prof. Akif Musayevin sədrliyi ilə keçirilən tədbirdə yeni təqdim olunmuş, habelə Şuranın əvvəlki iclaslarında yenidən baxılması tövsiyyə olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək qeydə alındı.

 İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının elmi katibi, i.f.d. Samirə Əhmədova economics.com.az saytına bildirib ki, iclasda bir necə ali təhsil müəssisəsinin 41 doktorant və dissertantının elmi-tədqiqatlarının mövzuları da müzakirə edilib. Onlardan bir neçəsinin dissertasiya mövzuları ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb (economics.com.az).