Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Əməkdaşlarımız Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak ediblər

  • Oxunub 1017 dəfə

 15 ölkədən 500-dən artıq nümayəndənin qatıldığı tədbirdə müxtəlif mövzularda maraqlı elmi məruzələr dinlənilib

 Aprelin 26-28-də Türkiyənin Ömər Halisdəmir Universiteti, Qazaxıstanın Qazax Qızlar Dövlət Pedoqoji Universiteti, Rusiyanın M.Akmulla adına Başqırd Dövlət Pedoqoji Universiteti və Azərbaycanın Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin Niğde şəhərində IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib. Ömər Halisdəmir Universitetində təşkil olunan tədbirdə AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.f.d. Ələsgər Sarıyev və elmi işçi Təbriz Yadigarov da iştirak ediblər.

 Simpoziumun əsas məqsədi türk dünyasında ortaq elmi araşdırmaların və elmi baxışların formalaşmasına dəstək vermək, ümumi milli baxışlar sisteminin formalaşmasına kömək göstərməkdir. Tədbirə 15 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Tədqiqatçılar tərəfindən təqdim edilmiş elmi məqalələr 4 cildə çap edilib və bütün müəlliflərə paylanıb. Simpoziumda müxtəlif mövzularda maraqlı elmi məruzələr dinlənilib.

 Ə.Sarıyev və T.Yadigarov Ömər Halisdəmir Universitetinin iqtisadiyyat fakültəsində qonaq olublar. Universitetin rəhbərliyinin, fakültənin professor-müəllim heyətinin və tələbələrin də iştirak etdiyi görüşdə onlara AMEA İqtisadiyyat İnstitutunun fəaliyyəti haqqında geniş məlumat verilib. Ə.Sarıyev və T.Yadigarov 30 min tələbəsi olan Ömer Halisdemir Üniversitetində təhsil alan Gürcüstan və Azərbaycandan olan tələbələrlə də görüşüblər. Burada müxtəlif fakültələrdə 100 nəfər azərbaycanlı tələbə təhsil alır. Dövlət ali məktəbi olan universitet 1992-ci ildə yaradılıb. Türk və ingilis dillərində tədris aparılan ali məktəbdə 5 fakültə var, 620 professor-müəllim və 396 nəfərlik inzibati heyət, 2 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Universitetin 5 minə yaxın tələbəyə xidmət edən 10 yataqxanası var.

 Simpozium çərçivəsində “Kökümüz bir – Türkük” festivalı və Türkiyənin keçdiyi siyasi-iqtisadi yolları, bütün Türk Dünyasını, türkçülüyü əks etdirən rəsm əsərlərinin sərgisi keçirilib. Festivalda Bakı Avrasiya Universitetinin tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər (economics.com.az).