Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-nın müxbir üzvü Qorxmaz İmanov Elmi Şuranın tərkibinə daxil edildi

  • Oxunub 1425 dəfə

“AMEA-nın professoru” elmi adını alması üçün i.e.d. Fuad Qənbərovun namizədliyi irəli sürüldü

  Mayın 11-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.

 İclasda Elmi Şuranın üzvləri i.e.d., professor Qorxmaz İmanovu AMEA-nın müxbir üzvü seçilməsi münasibəti ilə təbrik etdilər. Prof. Nazim Müzəffərlinin təqdimatı əsasında Q.İmanov Elmi Şuranın tərkibinə daxil edildi.

 İclasda “AMEA-nın professoru” elmi adını almaq üçün müsabiqənin keçirilməsi ilə bağlı AMEA Rəyasət Heyətinin 19 aprel 2017-ci il tarixli qərarı da müzakirə olundu. Bu barədə məlumat verən İnstitutun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva bildirdi ki, müsabiqəyə yaşı 50-dək olan elmlər doktorları qatıla bilərlər. Müzakirələrdən sonra Elmi Şuranın qərarı ilə iqtisad elmləri doktoru Fuad Qənbərovun müsabiqəyə qatılması üçün namizədliyi irəli sürüldü.

 Elmi Şurada İnstitutun “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin baş elmi işçisi, i.f.d. Əli Hüseynova dosent elmi adının verilməsi ilə bağlı gizli səsvermə keçirildi və bu barədə qərar da təsdiqləndi (economics.com.az).