Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun yeni nizamnaməsi Elmi Şurada qəbul olunub

  • Oxunub 1372 dəfə

 Mayın 11-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasında İnstitutun yeni nizamnaməsi qəbul edilib. Sənəd təsdiq üçün Ədliyyə Nazirliyinə təqdim olunacaq.

  AMEA İqtisadiyyat İnstitutunun yeni nizamnaməsində ümumi müddəalar, İnstitutun missiyası, məqsəd və vəzifələri, hüquqları, əmlakı və maliyyə fəaliyyəti, İnstitutun strukturu, idarə edilməsi, elmi işçilərin vəzifələri və hüquqları, İnstitutda təhsil alanlar, əqli mülkiyyət hüququ və elmi etika, İnstitutun fəaliyyətinə xitam verilməsi və s. məsələlər öz əksini tapıb (economics.com.az).