Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiya Şurasında iki dissertasiya işi müdafiə edildi

  • Oxunub 1536 dəfə

 Dissertasiya işləri AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib

 Mayın 23-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan ilk iclasda Mətanət Əli qızı Abdalovanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5309.01 – “Sənayenin təşkili və dövlət siyasəti” və 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisasları üzrə) təqdim etdiyi “Sumqayıt şəhərində sənayenin innovasiya yönümlü inkişafi və strukturunun təkmilləşməsi istiqamətləri” mövzusunda dissertasiyası müzakirə edildi (elmi rəhbər i.e.d., prof. Rəna Sultanova). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Mətanət Abdalova dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.

 Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prof. Qənimət Səfərov və i.f.d., dos. Lalə Mahmudova mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisələrin iqtisadiyyatı” kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı M.Abdalova opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.

 İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda M.Abdalovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi.

 İkinci iclasda dissertant Vilayət Zahid oğlu Ramazanovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi (5312.01 – “Sahə iqtisadiyyatı” ixtisasında) almaq üçün təqdim etdiyi “Tikinti materialları sənayesinin inkişafında investisiyadan istifadənin səmərəliliyinin artırılması” mövzusunda dissertasiyası müzakirə olundu (elmi rəhbər i.e.d., prof. R.Sultanova). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra V.Ramazanov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.

 Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prof. Beykəs Xıdırov və i.f.d. Ləman Məmmədova mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutudur. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı V.Ramazanov opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.

 İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda V.Ramazanovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

 

 İddiaçıların avtoreferatları və dissertasiya işləri ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.

 Avtoreferat M.Ə.Abdalova: “Sumqayıt şəhərində sənayenin innovasiya yönümlü inkişafi və strukturunun təkmilləşməsi istiqamətləri”

 Dissertasiya M.Ə.Abdalova: “Sumqayıt şəhərində sənayenin innovasiya yönümlü inkişafi və strukturunun təkmilləşməsi istiqamətləri”

 Avtoreferat V.Z.Ramazanov: “Tikinti materialları sənayesinin inkişafında investisiyadan istifadənin səmərəliliyinin artırılması”

 Dissertasiya V.Z.Ramazanov: “Tikinti materialları sənayesinin inkişafında investisiyadan istifadənin səmərəliliyinin artırılması”