Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun magistrantı "Magistr-2017" müsabiqəsinin qaliblərindən biri olaraq mükafat alıb

  • Oxunub 1234 dəfə

 AMEA Rəyasət Heyətinin mayın 24-də keçirilən iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Magistr-2017" müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib

 AMEA prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2017” müsabiqəsi keçirilib. Müsabiqədə iştirak etmək məqsədilə AMEA-nın 45 magistrantı sənədlərini AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə təqdim edib.

 Təqdim edilən sənədlərin təhlili AMEA prezidentinin 27 aprel 2017-ci il tarixli sərəncamı ilə yaradılmış Ekspert Komissiyası tərəfindən həyata keçirilib. Komissiya bir sıra meyarları, o cümlədən tələbələrin magistraturaya qəbul imtahanında topladığı balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələrini, təcrübəkeçməni, konfrans  və ictimai tədbirlərdə iştirakını nəzərə alıb. Ekspert Komissiyası müsabiqə iştirakçılarının əldə etdikləri nəticələri qiymətləndirərək yekun rəy hazırlayıb və AMEA-nın prezidentinə təqdim edib.

 AMEA prezidentinin 16 may 2017-ci il tarixli sərəncamına əsasən “Magistr-2017” müsabiqəsinin nəticələrinə görə 8 nəfər magistrant müvafiq yerlər üzrə mükafatlandırılıb. Mükafat alanlar arasında AMEA İqtisadiyyat İnstitutunun magistrantı da var. Belə ki, İnstitutun I kurs magistrantı Samir Məmmədova 3-cü dərəcəli diplom və 500 manat pul mükafatı verilib.