Professor Tərbiz Əliyev Elmi Seminarın sədri təyin edilib
- Oxunub 1136 dəfə
AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin əmri ilə İnstitutun baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev Elmi Seminarın sədri təyin olunub və ona qısa müddət ərzində Elmi Seminarın yeni tərkibi haqqında təqdimat hazırlamaq həvalə edilib.
Elmi Seminarın sədri təyin edilməsi münasibəti ilə prof. T.Əliyevi ürəkdən təbrik edir, ona bu məsuliyyətli və çətin işdə uğurlar arzulayırıq.
Qeyd edək ki, bu təyinata qədər 2013-cü ildən etibarən Elmi Seminara AMEA-nın müxbir üzvü, i.e.d., professor Əli Nuriyev sədrlik edirdi. Onun rəhbərliyi altında keçirilən Elmi Seminarlarda müxtəlif mövzularda onlarla dissertasiya işi uğurla müzakirə olunaraq müdafiə edilib. Prof. Əli Nuriyev İqtisadiyyat İnstitutunun baş elmi işçisi, Elmi Şuranın və Müdafiə Şurasının üzvü kimi səmərəli fəaliyyətini davam etdirəcək (economics.com.az).