Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiya Şurasında iki dissertasiya işi müdafiə olundu

  • Oxunub 966 dəfə

 Dissertasiya işləri AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib

  İyunun 30-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan ilk iclasda İran vətəndaşı Sabir Əhməd oğlu Əkbərin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5310.01 – Dünya iqtisadiyyatı və 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisasları üzrə) təqdim etdiyi “İran İslam Respublikasında qeyri-neft sənaye sahələrinin inkişafı problemləri” mövzusunda dissertasiyası müzakirə edildi (elmi rəhbərlər i.e.d. F.Ə.Qənbərov və i.f.d., dos. A.M.Əsədov). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Sabir Əkbər dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.

 Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prof. Əli Nuriyev və i.f.d., dos. Kamran İsayev mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı S.Əkbər opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.

 İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda S.Əkbərin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi.

 İkinci iclasda AMEA İqtisadiyyat İnstitutunun dissertantı Fətəliyeva Aygün Xeyrulla qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi (5307.01 – “İqtisadi nəzəriyyə” ixtisasında) almaq üçün təqdim etdiyi “XX əsrin 80-90-cı illərində Azərbaycanda iqtisadi fikrin inkişafı” mövzusunda dissertasiyası müzakirə olundu (elmi rəhbər i.e.d., prof. G.Z.Yüzbaşıyeva). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra A.Fətəliyeva dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.

 Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prof. İsa Alıyev və i.f.d., dos. H.Aslanov mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasıdır.

 İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı A.Fətəliyeva opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda A.Fətəliyevanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

   İddiaçıların dissertasiya işləri və avtoreferatları ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.

 Dissertasiya A.X.Fətəliyeva: “XX əsrin 80-90-cı illərində Azərbaycanda iqtisadi fikrin inkişafı”

  Dissertasiya S.Ə.Əkbər: “İran İslam Respublikasında qeyri-neft sənaye sahələrinin inkişafı problemləri” 

 Avtoreferat A.X.Fətəliyeva: “XX əsrin 80-90-cı illərində Azərbaycanda iqtisadi fikrin inkişafı” 

 Avtoreferat S.Ə.Əkbər: “İran İslam Respublikasında qeyri-neft sənaye sahələrinin inkişafı problemləri”