Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarın tərkibi yenidən formalaşdırılıb

  • Oxunub 1201 dəfə

 İyulun 4-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasında Elmi Seminarın yeni təkibi barədə prof. Tərbiz Əliyev məlumat verdi.

 10 elmlər doktorunun, 11 iqtisad üzrə fəlsəfə doktorunun daxil edildiyi 21 nəfərdən ibarət Elmi Seminarın sədri, i.e.d., professor Tərbiz Əliyev, müavini i.f.d, dos. Allahyar Muradov, katibi isə Sevda Seyidovadır. Elmi Seminarın üzvlərinin böyük əksəriyyəti yenilənib.

 İclasda Elmi Seminarda növbəliliklə bağlı məsələlər də müzakirə edilib. Seminarın sədri, prof. T.Əliyev bu sahədəki vəziyyət barədə ətraflı məlumat verib. Bildirib ki, növbəlilik cədvəlində adları olanların əksəriyyəti institutun əməkdaşlarıdır. Sənədləri qaydasında olanların, elmi yeniliyi diqqəti cəlb edən, keyfiyyətli dissertasiya işlərinin növbəlilik prinsipi əsasında Elmi Seminarda müzakirəyə buraxılması nəzərdə tutulur (economics.com.az).