Ekspertlər ölkədə nağdsız hesablaşmalarla bağlı müzakirələr aparıblar
- Oxunub 935 dəfə
İyulun 10-da AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli Mərkəzi Bankın “Milli Ödəniş sisteminin inkişafı” şöbəsinin rəisi Ramil Mahmudov, “MasterCard Advisors”un layihə meneceri Özkan Eren və “MasterCard Advisors”un analitiki Günəş Aydoğanla görüşüb.
Görüşdə Mərkəzi Bank tərəfindən MasterCard ilə birgə həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsi, ölkədə nağdsız hesablaşmaların müasir vəziyyəti ilə bağlı müzakirələr və ekspertlər arasında fikir mübadiləsi aparılıb (economics.com.az).